Xəbərlər

“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun görüşü baş tutub.

04 aprel 2025-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun tərkibində “Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi”nin (KXVİS) yaradılması üzrə Altqrupun onlayn formatda iclası keçirilmişdir.

 

Görüş “Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi”nin yaradılması üzrə Altqrupun sədri Fərid Osmanovun rəhbərliyi ilə keçirilib.

 

Tədbirdə kommunal qurumlardan Azərişıq ASC, ADSEA, Azəriqaz İB, Azəristiliktəchizat ASC-nin məsul şəxsləri və Altqrupun digər üzvləri iştirak etmişlər. İclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən təsdiqlənmiş Yol Xəritəsi çərçivəsində nəzərdə tutulan planlar, qarşıda duran tədbirlərin müzakirəsi aparılmışdır.

 

Həmçinin, kommunal qurumların inteqrasiyası, vahid abunəçi kodu mexanizminin tətbiqi, məlumat bazalarının təkmilləşdirilməsi və elektron xidmətlərin “mygov” platformasına inteqrasiyası istiqamətində nəzərdə tutulmuş işlər müzakirə edildi.

Xəbəri sosial şəbəkələrdə paylaş
  • instagram
  • whatsapp
  • telegram