Pensiyaçılar üçün endirim barkodu artıq mygov mobil tətbiqindədir!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Sosial Tərəfdaş” layihəsi çərçivəsində həssas əhali qruplarına - xüsusilə də yaşa, əlilliyə, ailə başçısını itirdiyinə görə pensiya alan şəxslərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, kompensasiya və ünvanlı dövlət sosial yardım alan şəxslərə - ölkə üzrə seçilmiş marketlər, apteklər və klinikalarda (seçilmiş müəssisələrin siyahısı sosialterefdash.az saytında qeyd edilmişdir) xüsusi endirim imkanları təqdim olunur. Layihənin əsas məqsədi bu əhali qruplarının gündəlik xərclərinin azalmasına dəstək olmaqla yanaşı, onların sosial rifahının yüksəldilməsinə xidmət etməkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinin “mygov” platformasına inteqrasiyası çərçivəsində sözügedən xüsusi endirim barkodları da tətbiqə əlavə edilib. Artıq vətəndaşlar “e-Sosial” xidmətlərindən, o cümlədən “Sosial Tərəfdaş” pensiyaçı endirim barkodundan - “mygov” mobil tətbiqi vasitəsi ilə yararlana bilərlər. Endirimlərdən yararlanmaq üçün vətəndaşların “mygov” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməyi və tətbiqdə görünən “Sosial Tərəfdaş” pensiyaçı barkodunu ödənişdən əvvəl kassada təqdim etməyi kifayətdir. “mygov” platforması artıq bütün dövlət xidmətlərini bir mərkəzdə birləşdirən vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir.
mygov mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilərsiniz:
https://onelink.to/rryy4q
Layihənin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
- İnstaqram
- Sayt