Xəbərlər

Qadınlar üçün kibertəhlükəsizlik sahəsi üzrə tədbir keçirilib

20 sentyabr 2025-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, “Women in Cybersecurity Azerbaijan” və “TEXIO Academy Azerbaijan” ın birgə təşkilatçılığı ilə "Kibertəhlükəsizlikdə Qadınlar: Karyera və Təhsil" adlı tədbir keçirilib. Tədbirdə kibertəhlükəsizlik sahəsinə maraq göstərən tələbələr, gənc mütəxəssislər, eləcə də karyerasını bu istiqamətdə qurmaq istəyən qadınlar iştirak ediblər.

 

Proqram çərçivəsində iştirakçılara kibertəhlükəsizlik sahəsi üzrə təhsil imkanları, təqaüd və könüllülük proqramları təqdim olunub. Eyni zamanda bu sahədə uğur qazanmış mütəxəsisslərin karyera yolları və uğur hekayələri müzakirə edilib. Tədbirin davamında spiker və mütəxəssislərlə interaktiv panel sessiyaları keçirilib. Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı tanışlıq və təcrübə mübadiləsi üçün netvörkinq imkanı yaradılıb.

 

Qeyd edək ki, sözügedən tədbirin həyata keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik sahəsində qadınların fəallığını artırmaq, onların peşəkar inkişafına dəstək olmaq, eyni zamanda gənc nəslin bu istiqamətə marağını gücləndirməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş
  • instagram
  • whatsapp
  • telegram