Xəbərlər

Regional inkubasiya proqramında 32 yeni startapın təqdimatı baş tutub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və "SUP VC" şirkətinin təşkilatçılığı ilə regionlarda “Innostart” layihəsinin inkubasiya mərhələsinin “DemoDay” tədbirləri keçirilib. Tədbirlərdə dövlət qurumları və özəl təşkilatların nümayəndələri, innovasiya ekspertləri, eləcə də startap təsisçiləri iştirak ediblər.

 

“Innostart” inkubasiya proqramı çərçivəsində ümumilikdə 32 startap qurulub. Onların 29-u minimal işlək məhsulunu potensial bazara təqdim etməyə hazırdır. Bundan əlavə, 14 startap artıq ilkin satış həyata keçirmiş və aktiv satış proseslərini davam etdirməkdədir. Regionlar üzrə startapların bölgüsünə gəlincə, Sumqayıtda 10, Gəncədə 7, Lənkəranda 7, Naxçıvanda isə 8 startap fəaliyyət göstərir.

 

Proqram müddətində startaplar üçün iki fərqli inkubasiya mərhələsi təşkil olunub. Bu mərhələlərdə bazar araşdırması, biznes modelin inkişafı, məhsulun təkmilləşdirilməsi  və investorlarla əlaqələrin qurulması kimi sahələrdə dəstək göstərilib. Ümumilikdə 24 müxtəlif təlim keçrilib, startapların potensialı artırılıb və bazar şərtlərinə adaptasiyası təmin edilib. Bununla yanaşı, iki fərqli istiqamətdə individual mentorluq proqramları həyata keçirilib ki, bu da layihələrin spesifik problemlərinin həllində iştirakçılara böyük fayda verib.

 

Növbəti mərhələdə startaplar öz ideyalarını “Grand DemoDay” tədbirində təqdim edəcəklər. Bu mərhələdə çıxışı ilə yüksək nəticə göstərən 4 startap ümumilikdə 50 000 manat mükafat qazanacaq.

 

Qeyd edək ki, bu inkubasiya proqramları regionlarda startap ekosisteminin inkişafına, gənc innovatorların dəstəklənməsinə və innovasiya yönümlü iqtisadiyyatın formalaşmasına mühüm töhfə vermək məqsədilə reallaşdırılır. 

Xəbəri sosial şəbəkələrdə paylaş
  • instagram
  • whatsapp
  • telegram