Təhsil tələbə krediti əldə etmək üçün razılıq ərizəsi artıq “mygov” üzərindən təqdim ediləcək

Elm və Təhsil Nazirliyinin təqdim etdiyi təhsil tələbə krediti üçün tələb olunan ilkin elektron ərizənin alınması xidməti “mygov” platformasına inteqrasiya olunub.
Yeni xidmət tələbələrin təhsillərini davam etdirmələri üçün maliyyə dəstəyi əldə etməsinə imkan yaradan təhsil tələbə kreditləri üzrə elektron razılıq ərizəsinin təqdim edilməsini təmin edir. Təhsil tələbə kreditlərinin verilməsi Təhsil Tələbə Krediti Fondu tərəfindən həyata keçirilir.
Vətəndaşlar mygov platformasının “Xidmətlər” bölməsində “Təhsil” kateqoriyasından “Təhsil tələbə krediti ərizəsi” xidmətini seçərək ilkin elektron ərizəni təqdim edə bilərlər. Xidmətdən istifadə zamanı tələb olunan məlumatlar daxil edilir, məlumatların təsdiqi və video-verifikasiya mərhələləri və müvafiq ödəniş həyata keçirilir və müraciət tamamlanır. İstifadəçilər müraciətin statusunu xidmətin “Tarixçə” bölməsindən izləyə bilərlər. Növbəti mərhələdə müraciət prosesi e-ttkf.edu.az portalı üzərindən davam etdirilir.
“mygov” mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q
Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
· LinkedIn