Vətəndaşların aqrar sığorta sertifikatları “mygov”da əlçatandır

“mygov” platformasında vətəndaşlara təqdim olunan rəqəmsal məlumatların əhatə dairəsi genişləndirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən fiziki şəxslərə təqdim edilən aqrar sığorta fəaliyyəti sertifikatları barədə məlumatlar artıq “mygov” platformasında təqdim olunur.
Sertifikatlara dair məlumatlarla tanış olmaq üçün “mygov” mobil tətbiqindən “Xidmətlər” bölməsinə keçid edilir. Daha sonra “Məşğulluq” kateqoriyasını seçərək “Aqrar sığorta fəaliyyəti sertifikatları” xidməti vasitəsilə müvafiq məlumatları əldə etmək mümkündür.
Vətəndaşlar xidmətdən my.gov.az veb platforması vasitəsilə faydalanmaq üçün “Məlumatlarım” bölməsinə daxil olaraq “Əmək və maliyyə məlumatlarım” kateqoriyasına keçid edə və buradan “Aqrar sığorta fəaliyyəti sertifikatları” xidmətini seçə bilərlər.
Xidmət çərçivəsində sertifikatın tipi, seriyası və nömrəsi, imtahan nəticəsi, qərar və etibarlılıq tarixinə dair məlumatlar təqdim edilir. Həmçinin, platforma istifadəçilərə aqrar sığorta fəaliyyəti sertifikatılarını elektron formatda yükləmək imkanı verir.
Məlumatlar həm my.gov.az portalı, həm “mygov” mobil tətbiqində təqdim olunur.
“mygov” mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q
Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin: