Xəbərlər

“Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başladı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikasının Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyası və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş “Vistar”  Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimlərinə müraciətlər açıq elan edilib.

 

Təlim proqramı İT sahəsində insan kapitalının gücləndirilməsi, erkən mərhələdəki startapların sistemli şəkildə inkişaf etdirilməsi, süni intellekt və peyk texnologiyalarının kommersiyalaşdırılması üzrə bilik və bacarıqların, həmçinin müasir biznes mühitində böyük önəm kəsb edən “yumşaq bacarıqlar”ın inkişafını hədəfləyir.

 

Yeddi həftə intensiv davam edəcək təlimlərdə iştirakçılar İsrailin Holon Texnologiya İnstitutu başda olmaqla, İsrailin bir sıra aparıcı təhsil mərkəzlərinin mentor və ekspert dəstəyindən faydalana biləcəklər. Proqramın yekununda iştirakçılar arasından startaplar formalaşacaq və “Demo Day” tədbirində həmin startaplar öz layihələrini təqdim edəcəklər.

 

Proqrama müraciətlər 2026-cı il 27 iyun tarixinədək aktiv olacaq və aşağıdakı link vasitəsilə mümkündür:

https://docs.google.com/forms/d/e/1FAIpQLSf889eISgiR4fkgZbzhGr7iy3Jnle-E0GF-dj2H_nSGWUGnlQ/viewform

 

Qeyd edək ki, “Vistar” Mükəmməllik Mərkəzinin birinci dalğa təlimlərinə 2025-ci ilin noyabrında start verilmişdir. Təlim proqramı 2 əsas moduldan ibarətdir: “İnnovasiya və sahibkarlıq” və ”Peyk innovasiyaları və tətbiqləri”. İkinci dalğa 2026-cı ilin fevralında başlamışdır. Hər iki dalğadan ümumilikdə 62 iştirakçı məzun olmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaş
  • instagram
  • whatsapp
  • telegram