Xəbərlər

Yeni İKT proqramına qeydiyyat başlayır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və aparıcı qlobal İT şirkəti “Andersen”in birgə əməkdaşlığı çərçivəsində “IT SkillsBridge” təcrübə proqramına qeydiyyat başlayır.

 

Bir il davam edəcək proqramın ilk 3 ayında Java, QA və Sistem Təhlili üzrə beynəlxalq təcrübəyə malik təlimçilər tərəfindən təkmilləşdirici təlimlər keçiriləcək. Növbəti 6 ay ərzində iştirakçılar real layihə tapşırıqları üzərində işləyəcək və komandada əməkdaşlıq bacarıqlarını praktiki simulyasiya mühitində inkişaf etdirəcəklər. Son 3 ayda isə iştirakçılar real layihələrdə birbaşa iştirak edərək təcrübəsi qazanacaqlar. Qeyd edək ki, bütün mərhələlərdə iştirakçılar ödənişlə təmin olunacaqlar.

 

Yüksək nəticə və fəallıq göstərən məzunlara “Andersen”də karyeraya başlamaq imkanı təklif oluna bilər.

 

Proqrama Bakı şəhərində yaşayan, yaxşı səviyyədə (upper-intermediate) ingilis dili, Java, QA və Sistem Təhlili üzrə nəzəri biliklərə malik universitet məzunları müraciət edə bilərlər. Seçim prosesi zamanı İRİA tərəfindan maliyyələşdirilən təlimlərinin məzunlarına üstünlük veriləcək.

 

Qeyd edək ki, müraciətçilərin şəxsi kompüterləri olmalı və proqramda iştirak üçün həftədə 40 saatadək vaxt ayıra bilməlidirlər.

 

Qeydiyyat üçün link: https://traineeship-program-idda-azerbaijan.andersenlab.com/

 

Son müraciət tarixi: 30 iyun 2025-ci il

Xəbəri sosial şəbəkələrdə paylaş
  • instagram
  • whatsapp
  • telegram