
Fəaliyyətimiz
mygov
Artıq fiziki müraciətlər, uzun növbələr və kağız sənədlərlə bağlı çətinliklər keçmişdə qaldı. mygov sayəsində bütün bu proseslər onlayn, sürətli və rahat şəkildə həll edilir.
Ətraflı
digital.bridge
“digital.bridge” dövlət və özəl qurumlar arasında təhlükəsiz və səmərəli inteqrasiyanı təmin edən, informasiya axınını “bir dəfə məlumat” prinsipi əsasında standartlaşdıran və təkrarlanan məlumat girişinə ehtiyacı aradan qaldıran milli məlumat mübadiləsi platformasıdır.
Ətraflıdigital.login
digital.login dövlət və özəl qurumlar tərəfindən təqdim olunan elektron xidmətlərə vahid giriş imkanı verən rəqəmsal identifikasiya sistemidir.
ƏtraflıdigiMATE
Azərbaycanda xüsusi olaraq Kiçik və Orta Bizneslərə (KOB-lar) uyğunlaşdırılmış digiMATE biznesinizin rəqəmsal dünyadakı mövqeyini müəyyən etməyə imkan yaradır.
Ətraflı
digital.finance
“digital.finance” layihəsi, maliyyə təşkilatlarına dövlət informasiya ehtiyatlarına elektron çıxış imkanı yaradır, vətəndaş məlumatlarının vahid sistemdə toplanmasını və onların sürətli təhlilini təmin edərək sənədlərin rəqəmsal əldə olunmasını asanlaşdırır.
ƏtraflıRəqəmsal Sənəd Dövriyyəsi
Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) dövlət qurumları arasında sənədlərin elektron mübadiləsini təmin edən altsistemdir və bu, sənəd dövriyyəsini daha səmərəli edərək kağız istifadəsini minimuma endirir, eyni zamanda qurumlararası məlumat mübadiləsini asanlaşdırır.
ƏtraflıAzərbaycan İnnovasiya Mərkəzi
aim (Azərbaycan İnnovasiya Mərkəzi) texnologiya sahibkarları, tədqiqatçılar, investorlar və innovatorları bir araya gətirən dinamik bir məkandır. Burada fikirlər inqilabi məhsul və xidmətlərə çevrilir. aim əməkdaşlığı təşviq edir və innovatorlara layihələrini inkişaf etdirmək, maliyyələşdirmək və genişləndirmək üçün yaradıcı həllər tapmağa kömək edir. Startaplar, korporasiyalar, universitetlər və dövlət qurumları üçün enerji verici bir mühit yaradaraq, inkişafa və innovasiyaya töhfə verən əməkdaşlıq formalaşdırır.
ƏtraflıIDDA Awards
"IDDA Awards" 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təsis edilən və innovasiyalar sahəsində həyata keçirilən mükafatandırma mərasimidir.
ƏtraflıTexnopark
"Texnopark" İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən rezidentlik verilən hüquqi və fiziki şəxslərin texnologiya və proqram təminatı sahəsində fəaliyyət göstərdiyi bir məkandır. Bu məkanda rezidentlər, müxtəlif vergilərdən azad olma və iş icazəsi tələb olunmadan fəaliyyət göstərmə kimi imtiyazlardan yararlanırlar.
ƏtraflıRoadshow
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə keçirilən "Roadshow"un məqsədi startapların qlobal bazara çıxmasına dəstək verməkdir.
Ətraflı
"Caucasus Ventures" Fondu
"Caucasus Ventures" Azərbaycan, Qafqaz regionu, Mərkəzi Asiya, Türkiyə və Şərqi Avropada investisiya imkanlarına fokuslanan aparıcı sərmayə fondudur.
ƏtraflıAzərbaycan Kibertəhlükəsizlik Mərkəzi
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İsrailin “Technion Texnologiya İnstitutu”nun birgə əməkdaşlığı nəticəsində yaradılmışdır.
ƏtraflıRəhbər şəxslərə təlimlər
“Rəhbər şəxslərə təlimlər” dövlət qurumları əməkdaşlarının texniki bilik və bacarıqlarını artırmaq, həmçinin onların sürətlə inkişaf edən rəqəmsal mühitə uyğunlaşmasını təmin etmək məqsədilə yaradılmışdır.
ƏtraflıTechnest
“Technest” təqaüd proqramı informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində təqaüd təqdim edən milli proqramdır. Məqsədi ölkədə İKT üzrə peşəkar kadr bazasının formalaşdırılmasına töhfə vermək və əmək bazarının kadr tələbatını qarşılamaqdır.
Ətraflı
"Holberton School" Azərbaycan
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü, “PAŞA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə Azərbaycanda tədrisə başlayan dünyanın nüfuzlu məktəblər şəbəkəsi “Holberton School”a start verilib.
Ətraflı